Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ermənistan KTMT-nin iclasına qatılmayacaq
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT XİN Şurasının Almatıda keçiriləcək iclasında iştirak etməyəcək.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
Qeyd edək ki, iyunun 21-də Almatıda Qazaxıstan baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleunun sədrliyi ilə KTMT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
İclasda beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərinin müzakirəsi planlaşdırılır.
Görüşün yekununda KTMT-nin fəaliyyətinin daha da təkmilləşdirilməsinə yönəlmiş sənədlərin imzalanacağı, bir sıra siyasi bəyanatların qəbul ediləcəyi gözlənilir.
Mənbə: Ermənistan KİV
"Ermənistanın KTMT-dən çıxması" teqi üzrə xəbərlər
- Rusiya Ermənistanın KTMT-dəki fəaliyyətini dondurmasını davam etdirməsindən təəssüflənir
- Kremldən Paşinyanın KTMT haqqında bəyanatlarına cavab
- Ermənistan parlamentinin spikeri ölkənin KTMT-dən çıxmasını istisna etmədi
- Qırğızıstanda KTMT-nin təlimləri Ermənistansız başlayır
- Zaxarova: "İrəvanı anti-Rusiya layihələrinə cəlb edirlər"