Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qırğızıstanda KTMT-nin təlimləri Ermənistansız başlayır
Qırğızıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi təlimləri başlayır. "Vzaimodeystviye-2024" ("Qarşılıqlı Fəaliyyət-2024") adlanan tədbirdə Ermənistan iştirak etməyəcək.
Oxu.Az-ın "Sputnik Qırğızıstan"a istinadla verdiyi məlumata görə, bu barədə təşkilatın mətbuat xidmətindən xəbər verilib.
Bildirilir ki, təlimlərə Belarus, Rusiya, Qırğızıstan, Tacikistan və Qazaxıstandan hərbi kontingentlər, həmçinin KTMT-nin katibliyi və birləşmiş qərargahının əməliyyat qrupları qatılacaqlar. Bundan əlavə, iştirakçı ölkələrin Daxili İşlər Nazirliyi, Milli Qvardiya, Fövqəladə Hallar Nazirliyi və xüsusi xidmət orqanlarının bölmələri də manevrlərə qoşulacaqlar.
Lakin Ermənistan bu təlimlərdə iştirakdan imtina etmək qərarına gəlib və bu barədə əvvəlcədən KTMT-yə məlumat verib. Bu, onun təşkilatda iştirakını dayandırması ilə əlaqədardır.
Qeyd edək ki, 5 mindən çox insan və 900-dən çox hərbi texnikanın iştirak edəcəyi təlimlər sentyabrın 3-dən 15-nə kimi davam edəcək.
"Ermənistanın KTMT-dən çıxması" teqi üzrə xəbərlər
- Rusiya Ermənistanın KTMT-dəki fəaliyyətini dondurmasını davam etdirməsindən təəssüflənir
- Kremldən Paşinyanın KTMT haqqında bəyanatlarına cavab
- Ermənistan parlamentinin spikeri ölkənin KTMT-dən çıxmasını istisna etmədi
- Zaxarova: "İrəvanı anti-Rusiya layihələrinə cəlb edirlər"
- Ermənistan XİN: "Ölkənin KTMT qarşısında heç bir maliyyə öhdəliyi yoxdur"
Rəylər