Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Crocus" terrorçularının işi ilə bağlı yeni qərar verildi
Rusiyanın Krasnoqorsk şəhərində "Crocus City Hall" konsert salonuna hücumda iştirak edən dörd nəfərlə bağlı yeni qərar verilib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Moskvanın Basmannı məhkəməsindən xəbər verilib.
Bildirilib ki, iclas qapalı rejimdə keçirilib. Məhkəmə istintaqın vəsatətini təmin edərək Dalerjon Mirzoyev, Saidakram Raçabalizoda, Şamsidin Fariduni və Muhammadsobir Fayzovun həbs müddətini 22 noyabra qədər uzadıb. Müttəhimlərin dördü də terror aktının bilavasitə icraçılarıdır. Onların həbs müddəti avqustun 22-də başa çatırdı.
Onların işinə, həmçinin iki yeni ittiham bəndi - terrorizm təlimi keçmək və terror təşkilatında iştirak etmək əlavə olunub.
Xatırladaq ki, terror aktı martın 22-də baş verib. Hücum edənlər tamaşaçılara avtomat silahlardan atəş açıb və tamaşa zalını yandırıblar. Terror zamanı 145 nəfər həlak olub. Terror aktını törətməkdə ittiham olunan 12 nəfər həbs edilib.
"Terror aktı" teqi üzrə xəbərlər
- ABŞ-də "11 sentyabr üslubunda" yeni hücum planlaşdırılıbmış: Terrorçu Ənəs Səid ələ keçdi
- Azərbaycan XİN Pakistana başsağlığı verib
- Pakistanda dəmiryolu vağzalında baş verən terrorun anbaan GÖRÜNTÜLƏRİ
- İranda terror qruplaşmasının üzvləri zərərsizləşdirildilər
- TUSAŞ-a dəhşətli terror hücumunda 12 minlik qanlı yol: Yeni görüntülər ortaya çıxdı
Rəylər