Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Pakistanda dəmiryolu vağzalında baş verən terrorun anbaan GÖRÜNTÜLƏRİ
Kvettada dəmiryolu vağzalında baş verən terrorda məsuliyyəti "Bəlucistan Azadlıq Ordusu" öz üzərinə götürüb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Geo News" xəbər yayıb.
Bildirilir ki, separatçı qruplaşma Pakistan, ABŞ, Böyük Britaniya, Avropa İttifaqı və Çində terror təşkilatı kimi tanınır.
Son məlumatlara görə, partlayış nəticəsində azı 26 nəfər həlak olub, 53 nəfər isə yaralanıb. Ölənlərin sayının artacağı istisna olunmur.
Yeri gəlmişkən qeyd edək ki, sosial şəbəkələrdə terrorun baş vermə anı ilə bağlı görüntülər yayılıb.
Pakistanda partlayışda ölənlərin və yaralananların sayı artıb.
Oxu.Az-ın "Anadolu" Agentliyinə istinadla verdiyi məlumata görə, bu barədə yerli hüquq-mühafizə orqanından xəbər verilib.
Bildirilir ki, hadisə nəticəsində 26 nəfər həlak olub, 46 nəfər yaralanıb. Ölənlərin sayının arta biləcəyi istisna olunmayıb.
O da vurğulanıb ki, partlayış kamikadze tərəfindən törədilib.
Pakistanın Bəlucistan əyalətində yerləşən Kvetta şəhərində dəmiryol stansiyasının yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində azı 20 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Geo TV" kanalı xəbər yayıb.
Bildirilir ki, partlayış qatar gəlməzdən əvvəl stansiyanın kassa şöbəsində baş verib.
Yaralılar şəhər xəstəxanasına çatdırılıblar. Əlavə həkimlər və köməkçi personal növbəyə çağırılıblar. Polis hadisə ilə bağlı araşdırma aparır, fövqəladə vəziyyət elan edilib.
Rəylər