Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Crocus" terrorçuları bir-birinə qarşı ifadə verməyə başlayıblar
Moskva vilayətində "Crocus City Hall" konsert zalında terror aktı ilə bağlı işin təqsirləndirilən şəxsləri bir-birilərinin əleyhinə ifadə verirlər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "RIA Novosti" məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Bildirilib ki, nəticədə onların hamısının həbs müddəti növbəti dəfə uzadılıb.
"İstintaqın təqsirləndirilən şəxslərin hər birinin azadlıqda olarkən, ittihamın ağırlığını nəzərə alaraq, cinayət yoldaşları ilə hərəkətlərini əlaqələndirə biləcəyini, şahidlərə və onların əleyhinə ifşaedici ifadələr vermiş digər cinayət iştirakçılarına təzyiq göstərə biləcəyini düşünmək üçün kifayət qədər əsası var", - deyə sənəddə vurğulanır.
O da öyrənilib ki, istintaq müddəti dekabrın 22-dək uzadılıb.
"Crocus City Hall" teqi üzrə xəbərlər
- "Crocus" terroru ilə bağlı yeni təfərrüat: Məhv edilmiş telefonlar istintaqa kömək etdi
- "Crocus City Hall"dakı terror aktı beynəlxalq xarakter daşıyıb: Təşkilatçılar hazırda haradadırlar?
- "Crocus City Hall"da törədilən terror aktı ilə bağlı yeni detallar məlum olub
- "Crocus City Hall"da baş verən terror aktı işi üzrə beş yeni şəxsin adı açıqlandı
- "Crocus City Hall"da terror aktı ilə bağlı daha bir şəxs təqsirini qismən etiraf etdi
Rəylər