Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Brent" markalı neftin qiyməti kəskin ucuzlaşdı
"Brent" markalı neftin 1 barelinin qiyməti 28 oktyabr tarixinə 73 dollardan aşağı olub.
Bu barədə Oxu.Az "Bloomberg" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, qiymətdə müşahidə olunan 5%-dən çox ucuzlaşma İsrailin İrana cavab zərbəsindən sonra baş verib.
Xatırladaq ki, oktyabrın 26-na keçən gecə İsrail İranın hərbi obyektlərinə silsilə hava zərbələri endirib. Bu hücum İsrailin oktyabrın 1-də İran qüvvələrinin ölkəyə etdiyi hücuma cavabı olub.
Londonun ICE birjasında "Brent" markalı neftin dekabr füçerslərinin qiyməti bir barel üçün 73 dollardan aşağı olub(25 oktyabr tarixinə keçirilən satışda bu rəqəm təqribən 75 dollar təşkil edib), WTI markalı neftin qiyməti isə 68 dollar olub.
"Brent markalı neft" teqi üzrə xəbərlər
- Avropada qazın qiyməti rekord həddə yüksəldi
- Büdcəmizin əleyhinə olan proqnoz: Gələn il neft daha da ucuzlaşacaq - "Kaspi"nin şərhi
- "Brent" markalı neft antirekordunu YENİLƏDİ
- "Brent"in qiyməti yanvardan bəri ilk dəfə 75 dollardan aşağı düşüb
- "Brent"in qiyməti 18 iyundan bəri ilk dəfə 84 dollara düşüb
Rəylər