Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Brent" markalı neft antirekordunu YENİLƏDİ
"Brent" markalı neftin qiyməti 2023-cü ilin dekabrın 13-dən bəri ilk dəfə bir barel üçün 73 dollardan aşağı düşüb.
Oxu.Az-ın məlumatına görə bu barədə ICE birjasının məlumatlarından aydın olub.
Bakı vaxtı ilə saat 11:35-də bu xammalın noyabr füçersləri 1.27 faizdən çox ucuzlaşaraq bir barel üçün 72.81 dollar təşkil edib.
Bundan əlavə, ticarətdə oktyabr tədarükü ilə WTI füçerslərinin qiyməti də 1.39 faiz ucuzlaşaraq bir barel üçün 69.36 dollar təşkil edib.
Xatırladaq ki, dünən "Brent" neftinin qiyməti 75 dollardan aşağı düşüb.
Ekspertlər, xammalın qiymətinin düşməsinin əsas səbəbini Çinin enerji daşıyıcılarına olan tələbatının davamlı zəifləməsi, ABŞ-də resessiya gözləntiləri, həmçinin "OPEK+"in neft hasilatına məhdudiyyətlərin bir hissəsini ləğv etmək planları ilə izah edirlər.
"Brent markalı neft" teqi üzrə xəbərlər
- Avropada qazın qiyməti rekord həddə yüksəldi
- "Brent" markalı neftin qiyməti kəskin ucuzlaşdı
- Büdcəmizin əleyhinə olan proqnoz: Gələn il neft daha da ucuzlaşacaq - "Kaspi"nin şərhi
- "Brent"in qiyməti yanvardan bəri ilk dəfə 75 dollardan aşağı düşüb
- "Brent"in qiyməti 18 iyundan bəri ilk dəfə 84 dollara düşüb