Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti vəzifəsinə yeddi nəfərin namizədliyi irəli sürülüb
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti vəzifəsinə yeddi nəfərin namizədliyi irəli sürülüb.
Oxu.Az bildirir ki, bu barədə təşkilatın Mətbuat Xidmətinin məlumatında deyilir.
Namizədlər arasında Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının rəhbəri, britaniyalı Sebastyan Kou, Beynəlxalq Gimnastika Federasiyasının prezidenti, yaponiyalı Morinari Vatanabe, Beynəlxalq Velosipedçilər İttifaqının rəhbəri, fransız David Lappartient, Beynəlxalq Xizək və Snoubord Federasiyasının rəhbəri, isveçli Yohan Eliaş, Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti, ispaniyalı Xuan Antonio Samaranç-kiçik, BOK İcraiyyə Komitəsinin üzvü, iordaniyalı Feysal əl-Hüseyn və üzgüçülük üzrə ikiqat olimpiya çempionu, zimbabveli Kirsti Koventri var.
Əvvəllər bildirilmişdi ki, 67 yaşlı Kou yaşına görə BOK prezidenti seçkisinə buraxılmaya bilər. Təşkilatın qaydalarına görə, 70 yaşına çatan BOK üzvü təşkilatdakı üzvlüyünü itirir.
Beynəlxalq Olimpiya Komitəsinin hazırkı rəhbəri, alman Tomas Bax gələn il səlahiyyət müddətinin başa çatması ilə əlaqədar vəzifəsini tərk edəcək. BOK-un yeni prezidentinin seçkisi 2025-ci ilin mart ayında Yunanıstanda keçiriləcək, seçilmiş rəhbər iyun ayında vəzifəyə başlayacaq.
Rəylər