Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri dəyişiləcək
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax yeni müddətə seçilməyəcəyini bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
BOK-un prezidenti kimi Baxın səlahiyyətlərinin genişləndirilməsinə imkan verən Olimpiya Xartiyasına düzəlişlər təşkilatın Parisdə keçirilən 142-ci sessiyasında qəbul edilməyib. Bu, Baxın daha bir müddətə quruma rəhbərlik etməsinə imkan vermir.
BOK-un prezidenti seçkisi 2025-ci ilin martında təşkilatın Yunanıstanda baş tutacaq sessiyasında keçiriləcək.
70 yaşlı Tomas Bax 2013-cü ildən BOK-a rəhbərlik edir.
"Beynəlxalq Olimpiya Komitəsi (BOK)" teqi üzrə xəbərlər
- Gender testindən keçə bilməyən İman Xəlif peşəkar boksa üz tutacaq
- Paris merinin yalanı üzə çıxdı
- FIDE-dən Rusiya və Belarus idmançıları ilə bağlı QƏRAR
- Beynəlxalq Olimpiya Komitəsinin prezidenti vəzifəsinə yeddi nəfərin namizədliyi irəli sürülüb
- Transgender idmançıların Olimpiya yarışlarına buraxılması: Hüquqi aspektlər
Ən çox oxunanlar
Rəylər