Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Banqladeşdə yenidən tələbə etirazları başlayıb
Banqladeşdə tələbə etirazları yenidən başlayıb. İştirakçılar iyul ayında bu ölkədə baş verən etirazlar zamanı ölümlərə görə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə yerli "Dhaka Tribune" qəzeti məlumat yayıb.
Tələbə nümayişi Dəkkədən 150 kilometr aralıda yerləşən Habiqanc şəhərində təşkil olunub. Yüzlərlə fəal iyul ayında baş verən iğtişaşlarda ölən etirazçılarla bağlı ədalət tələbi ilə ilk olaraq şəhərin mərkəzinə yürüş edib. Karvan hakim "Avami Liq" partiyasının ofisinə çatanda onun nümayəndələri ilə dava düşüb. Polis rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib. "Avami Liq"in ofisi yandırılıb. Polis əməkdaşları da daxil olmaqla 50 nəfərin yaralandığı, həmçinin bir nəfərin öldüyü bildirilir.
Xatırladaq ki, Banqladeşdə etirazlar iyulun əvvəlində universitet şəhərciklərindən birində başlayıb. Tələbələr ölkənin 1971-ci il müstəqillik müharibəsi veteranlarının ailə üzvləri üçün iş yerlərinin 30 faizinin kvotalarının geri qaytarılmasına etiraz ediblər. Tədricən respublikada vəziyyət gərginləşib, etirazlar 200-dən çox insanın öldüyü toqquşmalara çevrilib. Ölkədə iğtişaşlar başlayandan bəri 10 min adam həbs edilib.
"Banqladeşdə iğtişaşlar" teqi üzrə xəbərlər
- Banqladeşin keçmiş baş nazirinə qarşı ölüm ittihamı ilə cinayət işi açılıb
- Banqladeşdəki iğtişaşların arxasında hansı dövlətin dayandığı bəlli oldu
- Yeni hökumət başçısı seçilmiş UNEC rektorunun müşaviri Banqladeş xalqına söz verdi
- Banqladeşdən qaçan keçmiş baş nazir Şeyx Hasinanın ölkəsinə nə zaman qayıdacağı açıqlanıb
- Banqladeşdə ciddi rejimli həbsxanadan 200-dən çox məhbus qaçıb
Rəylər