Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Banqladeşdən qaçan keçmiş baş nazir Şeyx Hasinanın ölkəsinə nə zaman qayıdacağı açıqlanıb
Banqladeşdən qaçmış keçmiş baş nazir Şeyx Hasinanın ölkəsinə nə zaman qayıdacağı açıqlanıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə sabiq hökumət başçısının oğlu Sacib "Vazed Coy Times of India" qəzetinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, anası yeni hökumət seçki keçirmək qərarına gəldikdən sonra ölkəyə qayıdacaq.
"O, müvəqqəti hökumət ölkədə seçki keçirməyə qərar verən kimi Banqladeşə qayıdacaq. Mən (Hindistanın) Baş naziri Narendra Modiyə anamın həyatını belə tez xilas etdiyinə görə minnətdaram", - deyə Sacib qeyd edib.
Bundan əvvəl Banqladeş Prezidenti Şahabuddin Çuppu 2006-cı il Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusu ölkənin müvəqqəti hökumətinin başçısı təyin edib. O, hökumətin baş məsləhətçisi qismində müvəqqəti hökumətə rəhbərlik edəcək. Ölkə parlamenti etirazlar fonunda istefaya göndərilib.
Xatırladaq ki, Hasina ölkədə iğtişaşlar qızışdıqdan sonra istefa verib və ölkədən qaçıb. Banqladeşdə kütləvi iğtişaşlar 2024-cü ilin iyun ayında işə götürmə kvotaları ilə bağlı tələbə etirazları fonunda başlayıb və bu günə qədər davam edir. Nümayişçilərlə mübarizəyə ordu cəlb edilib.
Daha əvvəl Banqladeşin keçmiş kəşfiyyat rəisi həbs edilmişdi.
Rəylər