Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Afrikada prezidentin sabiq mühafizəçisinə 182 il həbs cəzası verdilər
2023-cü il noyabrın 26-da Syerra-Leonedə uğursuz dövlət çevrilişi cəhdinin təşkilatçılarından biri Amadu Koita Makalo 182 il müddətinə azadlıqdan məhrum edilib.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, müxalifət lideri və keçmiş Syerra-Leone prezidenti Ernest Bey Koromanın mühafizəçisi olmuş Makalo dövlətə xəyanətdə təqsirli bilinib. Məhkəmə onu müxtəlif maddələrlə 52, 60 və 70 il müddətinə azadlıqdan məhrum edib.
Həmçinin, məhkəmə Makalo ilə yanaşı, qrupun daha 11 üzvünü vətənə xəyanətdə təqsirli bilib. Bu təşkilatın üzvlərinə keçmiş polis və cəzaçəkmə müəssisələrinin əməkdaşları daxildir. Makalonun əlaltılarının cəza müddəti hələlik açıqlanmayıb.
"Afrika" teqi üzrə xəbərlər
- Dare Akogun: "Hazırda Afrika əhalisi gəlir qazana bilmir və ərzaq çatışmazlığı ilə üz-üzədir"
- Afrika ölkəsi xarici qızılaxtaranları qovur
- Kemi Seba: "Bakı müstəmləkəçilik probleminin qaldırıldığı mühüm beynəlxalq platformaya çevrilib"
- Afrikalı QHT sədri: "İqtisadi suverenlik Afrika xalqlarının ən ciddi problemlərindən biridir"
- Afrikalı jurnalist: "Fransa hökuməti bizimlə qul kimi rəftar edir"
Rəylər