Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Afrikalı QHT sədri: "İqtisadi suverenlik Afrika xalqlarının ən ciddi problemlərindən biridir"
"Müstəmləkə altında yaşamaq, neokolonializm siyasətinizə məruz qalmaq suverenlik və müstəqil qərar vermək anlayışlarını bizdən uzaqlaşdırır".
Oxu.Az xəbər verir ki, bunu "Afrikada Fransanın Neokolonializm siyasətinə" həsr edilən beynəlxalq konfransda çıxışı zamanı ASRAD (İnkişaf Yardımının Gücləndirilməsinə Həmrəylik Dəstəyi) Qeyri Hökumət Təşkilatının prezidenti Kabine Doumbia deyib.
O bildirib ki, bu kimi tədbirlər vasitəsilə səslərini müxtəlif bölgələrdə yaşayan insanların və beynəlxalq təşkilatların diqqətinə çatdırmaq imkanı əldə edirlər:
"Dövlətin öz ərazisi üzərində öz hakimiyyətini həyata keçirmək və müstəqil qərar qəbul etmək mənasını verən suverenlik anlayışı bu gün qloballaşan dünyanın mürəkkəb reallıqları ilə üz-üzə gəlir. İqtisadi suverenlik isə şübhəsiz ki, Afrika xalqlarının üzləşdiyi ən ciddi və aktual problemlərdən biridir. Aşağı qiymətlərlə ixrac edilən Afrika xammalının daha sonra yuxarı qiymətlərlə yenidən satılması bunun ən bariz nümunəsidir".
"Ona görə də bu gün bizim qarşımızda duran ən mühüm məsələ suverenliklə bağlıdır. Çünki Afrika xalqlarının azadlıq və müstəqillik əldə etmək çağırışları beynəlxalq aləmdə eşidilmir. Bu çərçivədə Bakı Təşəbbüs Qrupu (BTQ) bizim səsimizi beynəlxalq aləmə çatdırmaq üçün uğurlu bir platformadır", - deyə QHT rəhbəri əlavə edib.
Mərahim Nəsib
"Fransa müstəmləkəçiliyi" teqi üzrə xəbərlər
- COP29: Fransanın müstəmləkə altında saxladığı ərazilərlə bağlı etiraz aksiyası keçirilib
- BMT: "Fransa Yeni Kaledoniyada etirazların qurbanlarına kompensasiya ödəməlidir"
- Qvadelupun Azadlığı naminə Xalq Birliyi Bakıdan Fransanı qınayan bəyanat yayıb
- Martinikdə komendant saatının vaxtının uzadılması yeni etirazlara səbəb olub
- Beynəlxalq konfransda Fransanın müstəmləkəçilik siyasəti ifşa olunaraq pislənilib