Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
2023-cü ildə baş verən anomal axının səbəbi açıqlandı
Alimlər Sakit okeanın qərbində adətən “damla” adlanan isti su yığını qeydə alıblar.
“Damla” “El-Ninyo” axınına təsir edir və ani iqlim hadisələrinə səbəb olur. Daha əvvəlki müşahidələrə əsaslanaraq alimlər izah ediblər ki, “El-Ninyo” şərq hissəsində bir neçə ildən bir peyda olur.
Lakin bu il atmosferin reaksiyası əvvəllər müşahidə edilənlərdən fərqlidir. Alimlərin sözlərinə görə, tipik bir ssenariyə əsasən, isti sular havanı qızdırır və onun yuxarı qalxmasına səbəb olur.
“Ancaq indi bu baş vermir. Hava okeanın qərb hissəsində yuxarıya qalxır, şərqə tərəf yönəlir, həmçinin bu bölgədəki hava kütlələrini sıxışdırır”, - deyə məqalədə qeyd olunub.
Alimlər fikir veriblər ki, Sakit okeanın qərb hissəsindəki “damla” səbəbindən tropik yağışlar fonunda daha çox yağıntı düşür. Bu da öz növbəsində şərqdə yağıntıların intensivliyini azaldır.
Mənbə: The Washington Post
"Damla" teqi üzrə xəbərlər
- Damlanın prodüserindən İranda etirazlara səbəb olan konsertlə bağlı AÇIQLAMA
- “Survivor All Star 2024” yarışçıları nə qədər qazanırlar?
- Müğənni Damla: “Şou aləmində dostum yoxdur”
- Van Damın azərbaycanlı gəlini qayınanasından yazdı - FOTO
- Cüdoçularımız XVII Avropa Gənclər Olimpiya Festivalında daha dörd medal qazanıblar - FOTO
Rəylər