Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Trendyol"dan Azərbaycandakı müştəriləri üçün "Super alış-veriş günləri"
Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması "Trendyol" Azərbaycandakı müştəriləri üçün "Super alış-veriş günləri"nə başlayır.
Türkiyənin məşhur pop-ulduzu Hadisənin reklam üzü olduğu ilin ən böyük endirim kampaniyası 6-11 noyabr tarixlərini əhatə edəcək. "Trendyol" müştərilərinə əsl endirim festivalı əhvali-ruhiyyəsini yaşadacaq 6 gün müddətində elektronikadan mətbəx avadanlıqlarına, modadan şəxsi baxım məhsullarına qədər bütün kateqoriyalarda böyük endirimlər təqdim olunur.
"Super alış-veriş günləri" "Trendyol" istifadəçilərinə seçilmiş məhsullar üçün 60 faizədək endirim fürsəti verir. Əlavə olaraq, alış-veriş həvəskarları "SUPER20" kodu ilə 20 faiz endirim imkanı qazanaraq arzuladıqları məhsula sahib olacaqlar.
"Birbank" taksit kartı sahibləri isə bu müddət ərzində "Trendyol"dan istədikləri məhsulu sifariş edərək 6 aylıq faizsiz taksit imkanından yararlana biləcəklər.
"Trendyol"un istifadəçiləri üçün yaratdığı fürsətlər bununla bitmir.
6-11 noyabr tarixləri arasında müştərilər "Qazandıran çarx" və "Paylaş-Qazan" kampaniyası ilə böyük məbləğlərdə kupon fürsətləri əldə edəcəklər.
Kampaniya müddətində "Trendyol"un sosial media kanallarında təşkil etdiyi müsabiqələrdə iştirak etməklə müştərilər Hadisənin Bakı konsertinə bilet qazanacaqlar.
"Trendyol" hər il təşkil etdiyi müxtəlif kampaniyalarla alış-veriş həvəskarlarına endirim fürsətləri təqdim edir.
Rəylər