Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Titrəmə xəstəliyində əməliyyatsız müalicə: "MRGFUS" Türkiyədə!
"Medipol Sağlık Grubu" titrəmə xəstəliklərinin müalicəsində inqilab yaradan "MR-Guided Focused Ultrasound" (MRgFUS) texnologiyasını Türkiyəyə gətirir. İlk dəfə, Anadolu hissəsində, "Acıbadem" məhəlləsində yeni açılan xəstəxanasında bu qabaqcıl texnologiya ilə müalicə üsulu tətbiq edilməyə başlanıb.
"MRgFUS": Cərrahi müdaxilə tələb etməyən həll
İstanbul "Medipol Sağlık Grubu" nəzdində 2018-ci ildən bəri fəaliyyət göstərən "Parkinson" xəstəliyi və "Hərəkət Bozukluqları Mərkəzi" (PARMER), "Esansiyel tremor" (titrəmə xəstəliyi) və titrəmənin üstün olduğu "Parkinson" xəstəliyinin müalicəsində "MRgFUS" metodundan istifadə edir. Bu üsul, cərrahi müdaxilə tələb etmədən, kəsiksiz, təhlükəsiz və qabaqcıl texnologiyadan istifadə edərək xəstələrə ümid verir.
Dünya Çapında Bir Mütəxəssis: Prof. Dr. Andres Lozano
"Medipol Sağlık Grubu" ilə imzaladığı protokol sayəsində "Medipol Acıbadem" bölgə xəstəxanasındakı "PARMER" komandasına qoşulan Toronto Universiteti Beyin və Sinir Cərrahiyyəsi kafedrasının keçmiş sədri Prof. Dr. Andres Lozano, "MRgFUS"un titrəmə xəstəliklərində təqdim etdiyi ümidverici nəticələri vurğulayıb:
"MRgFUS" ilə titrəmə xəstəliyində olduqca uğurlu nəticələr alırıq. Bu müalicə üsulu, cərrahi müdaxilə tələb etməyən, kəsiksiz, təhlükəsiz və qabaqcıl texnologiyadan yararlanır. Yüksək sıxlıqlı ultrasəs dalğaları ilə MR rəhbərliyində beyindəki hədəf bölgə təsirsiz hala gətirilir".
Titrəmə müalicəsində inqilab: "MRgFUS"
"MRgFUS" tətbiq zamanı klinik yaxşılaşmanın müşahidə edildiyi, kəsiksiz və təhlükəsiz bir üsuldur. Buna görə, hər hansı bir qanama və ya infeksiya riski yoxdur. Bundan əlavə, hədəflənən bölgənin xaricinə müdaxilə edilmədiyi üçün beyindəki digər sahələrə zərər gəlmir. "MRgFUS" müalicəsindən sonra xəstələr, gündəlik həyatda sadə hərəkətləri edə bilirlər.
İnkişaf etmiş texnologiya ilə dəqiq müalicə
"MRgFUS" kəllə sümüyünə nüfuz edəcək qədər güclü ultrason dalğaları yarada bilən bir texnologiyaya malikdir. Kəllə dərisi üzərindən 1.024 ayrı ultrasəs dalğası, MR rəhbərliyində yüksək dəqiqliklə hədəfə yönəldilir. Əsas tremor və "Parkinson" xəstəliyi başda olmaqla müxtəlif titrəmə xəstəliklərində tətbiq edilir. Müalicəyə uyğunluq dəyərləndirilməsi, titrəmənin tipi, şiddəti və xəstənin ümumi sağlamlıq durumu nəzərə alınaraq aparılır. Bundan əlavə, Kompüter Tomoqrafiyası (KT) müayinəsi də tələb olunur.
Medipol Sağlamlıq Qrupu: Sağlıqda qlobal lider
Medipol Sağlamlıq Qrupu 1992-ci ildən bəri Türkiyədə 10 ümumi xəstəxana, 2 diş xəstəxanası və 2 universitet ilə xidmət göstərir. Beynəlxalq səviyyədə keyfiyyətli sağlamlıq xidmətləri təqdim edərək, xəstənin xeyirinə olan yanaşma ilə tanınan bir quruluş olmağa davam edir. "Medipol Global" markası ilə bir çox ölkədə təmsilçilik ofislərinə sahib olan qrup, xəstələrə pulsuz tibbi ikinci rəy alma imkanı, Türkiyədəki mütəxəssis həkimlərlə onlayn görüşmə imkanı və müalicə prosesində lazım olan bütün dəstək xidmətləri təqdim edir.
Təmsilçilik ofisləri ilə dünya çapında xidmət
Azərbaycan, Bosniya və Herseqovina, Albaniya, Monqolustan, İngiltərə, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Rumıniya, Serbiya, Bolqarıstan və Əlcəzair kimi ölkələrdə fəaliyyət göstərən təmsilçilik ofisləri vasitəsilə ildə on minlərlə xəstənin müalicəsini uğurla həyata keçirir. Beyin və sinir cərrahiyyəsi, xərçəng xəstəliklərinin müalicəsində tibbi onkologiya, radiasiya onkologiyası və hematologiya, orqan nəqli, pediatrik hematologiya və onkologiya, ürək və damar cərrahiyyəsi, süni mayalanma və ortopediya sahələrində üstün nailiyyətləri ilə 150 ölkədən xəstə qəbul edir.
"Medipol Global" Bakı təmsilçilik ofisi ilə əlaqə məlumatları:
· E-poçt: [email protected]
· Telefon: +994 55 309 44 14
· Ünvan: Bakı Şəhəri Nəsimi Rayonu, 28 May küçəsi 69 K
· Başvuru Linki: https://info.medipol.com.tr/azerice-esansiyel-tremor
Türkiyədəki mütəxəssislərdən pulsuz ikinci tibbi rəy almaq üçün zəhmət olmasa yuxarıdakı əlaqə kanallarından istifadə edin.
Medipol Sağlamlıq Qrupu ilə əlaqə saxlayaraq yüksək keyfiyyətli sağlamlıq xidmətləri və müasir tibb texnologiyası ilə tanış olun!
"xəstəxana" teqi üzrə xəbərlər
- Tibb müəssisələri ilə Nəzarət Mərkəzinin nizamnamə fondu 100 000 manat olacaq
- Sumqayıtda sakinlər arayış almaq üçün saatlarla gözləmək məcburiyyətində qaldılar
- Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikinti prosesindən YENİ GÖRÜNTÜLƏR
- Qadın doğuşdan sonra şizofreniya xəstəsi oldu
- Qəbələdə həkimə xəsarət yetirdilər
Rəylər