Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"PAŞA Sığorta" şirkəti "İnklüzivlik ayı" adı altında sosial layihə həyata keçirib
Bir müddət öncə "PAŞA Holding"in törəmə şirkətlərindən olan "PAŞA Sığorta" DOST Agentliyi ilə birgə "İnklüzivlik ayı" adı altında korporativ sosial məsuliyyət layihəsi həyata keçirib.
"PAŞA Sığorta" "Könüllü DOST" proqramının 5 illiyinə həsr olunan "İnkluzivlik ayı" layihəsinin baş sponsorudur. Layihənin məqsədi autizm və daun sindromlu gənclərin, o cümlədən görmə qabiliyyəti məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların asudə vaxtlarının səmərəli keçirilməsinin təmin edilməsidir. Ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş 2022-2026-cı illərdə ölkəmizin sosial-iqtisadi inkişaf Strategiyasının icrası ilə bağlı həyata keçirilən "İnklüzivlik ayı" layihəsi bir neçə ay uğurla davam edib.
Layihə çərçivəsində həyata keçirilən "Yaşıl dünya naminə!" həftəsində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin benefisiarları və "Könüllü DOST"ların iştirakı ilə masterklasslar həyata keçirilib. Həmçinin, görmə qabiliyyəti məhdud uşaqların toxunaraq hiss edəcəyi xüsusi "eko-terapiya" da reallaşdırılıb.
"Yaradıcı düşüncələr" həftəsində xüsusi qayğıya ehtiyacı olan şəxslərin hazırladıqları keramika işləri və rəsm əsərləri layihənin qala gecəsində satışa çıxarılıb.
Bağlanış mərasimində "İnklüzivlik ayı" layihəsi çərçivəsində hazırlanmış işlərdən ibarət sərgi ilə tanışlıq olub, daun sindromlu gənclərin "Rockabilly dance" rəqs nömrələri, "Danceability" inklüziv rəqs performansı təqdim olunub, daun və autizmli gənclərinin iştirakı ilə "Adaptiv moda" gecəsi keçirilib.
Xatırlatmaq istərdik ki, uşaqların gələcəyi "PAŞA Qrup"un Korporativ Sosial Məsuliyyət (KSM) fəaliyyətləri çərçivəsində yer alan önəmli istiqamətlərdəndir.
"Paşa Holdinq" teqi üzrə xəbərlər
- "Trendyol" 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim edib
- "Starbucks" şirkətinin həmtəsisçisi: "Sahibkar yaratdığı məhsula sevgi ilə yanaşmalıdır"
- "HeritageSG"nin baş direktoru: "Cənub-Şərqi Asiyada QR-koddan istifadənin əhatə dairəsi genişlənir"
- "PAŞA Real Estate Qrup" "Potensial Təchizatçılarla Görüş Günü" təşkil edir
- "PAŞA Holding" "INMerge" İnnovasiya Sammitini təşkil edir
Rəylər