Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"PAŞA Holding"in tələbələr üçün təşkil etdiyi "Əlaçı" təqaüd proqramının bağlanış tədbiri baş tutub
"PAŞA Holding"in tələbələr üçün təşkil etdiyi "Əlaçı" təqaüd proqramının bağlanış tədbiri baş tutub. Belə ki, 2022-ci ildə gənc nəslin peşəkar inkişafına önəm verən və bu istiqamətdə müxtəlif layihələr həyata keçirən "PAŞA Holding" öz KSM fəaliyyəti çərçivəsində "Əlaçı" proqramını təqdim edib.
"Əlaçı" proqramı 3-cü və 4-cü kurs bakalavr tələbələrini əhatə edən və tələbələrin aylıq təqaüdlə təltif edilməsini nəzərdə tutan birillik təqaüd proqramıdır. 2023-2024-cü tədris ilini əhatə edən və beləcə artıq ikinci dəfə təşkil olunan "Əlaçı" proqramı çərçivəsində tələbələr üçün onların peşəkar və fərdi inkişafına yönəlmiş tədbir və təlimlər təşkil olunur.
Qeyd edək ki, proqrama müraciət edən tələbələrin ümumi sayı 2100-dən çox, proqrama seçilən tələbələrin sayı isə 110 nəfər təşkil edib. Layihə müddətində 3 aylıq şəxsi inkişaf marafonu, oflayn təlimlər, fərdi mentor dəstəyi, karyera simulyasiyası, netvörkinq görüşləri və "PAŞA Holding", "PAŞA Sığorta" və "PAŞA Technology" şirkətlərindən olan mütəxəssislərlə görüşlər də təşkil edilib. Bu tədbirlər tələbələrin həm yumşaq bacarıqlarının inkişafı, həm də karyera inkişafını əhatə edib.
Onu da qeyd edək ki, cari proqram müddətində "Əlaçı"lar üçün Sığortaçı məktəbi də təşkil edilib ki, bu məktəbə 20 tələbə seçilərək sığorta ilə bağlı təlimlərdə iştirak ediblər. Bundan əlavə, ümumi layihə müddətində 20-yə yaxın Əlaçı tələbəsi "PAŞA Group"da iş fəaliyyətinə başlayıb.
"Paşa Holdinq" teqi üzrə xəbərlər
- "Trendyol" 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim edib
- "Starbucks" şirkətinin həmtəsisçisi: "Sahibkar yaratdığı məhsula sevgi ilə yanaşmalıdır"
- "HeritageSG"nin baş direktoru: "Cənub-Şərqi Asiyada QR-koddan istifadənin əhatə dairəsi genişlənir"
- "PAŞA Real Estate Qrup" "Potensial Təchizatçılarla Görüş Günü" təşkil edir
- "PAŞA Holding" "INMerge" İnnovasiya Sammitini təşkil edir
Rəylər