Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Beşinci "Yerli şirkətlərin tanıtım sərgisi"nin yekunu münasibətilə axşam ziyafəti keçirilib
24-26 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilmiş beşinci "Yerli şirkətlərin tanıtım sərgisi"nin yekunu münasibətilə iyulun 1-i axşam ziyafəti baş tutub.
Tədbirdə rəsmi qonaqlar, sərgi iştirakçısı olan sahibkarlar və şirkət nümayəndələri iştirak ediblər.
Tədbirin rəsmi hissəsində açılış nitqilə çıxış edən "Marsol Group" və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri Tural Mustafayev öz çıxışında tədbir iştirakçılarına uğurlar arzulayıblar.
Daha sonra, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, Milli Məclisin deputatı Vüqar İskəndərov, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev çıxış edərək sərginin yerli bizneslərin daha da inkişaf etməsinə, sahibkarlıq ekosisteminin canlanmasına mühüm töhfə verdiyini bildirib.
Rəsmilərin çıxışlarından sonra tədbirin bədii hissəsində sərginin təşkil olunmasında dəstək göstərən və sərgidə öz stendi ilə fərqlənən şirkətlər plaketlə təltif olunaraq mükafatlandırılıblar.
Sərgidə "Ən kreativ stend" nominasiyasına layiq görülən "Gültekin Logistics", "Ən nümunəvi stend" nominasiyasına layiq görülən "Master Tools", "Ən innovativ məhsul stendi" nominasiyasına layiq görülən "Pro Capsule", "Ən aktiv stend" nominasiyasına layiq görülən "BF Group" şirkəti eləcə də tərəfdaşlar və sərgi dəstəkçiləri plaketlə təltif olunub, tədbir möhtəşəm şou proqramla davam edib.
Nəzərinizə çatdıraq ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Marsol Group"un birgə təşkilatçılığı, "Kapital Bank"ın rəsmi tərəfdaşlığı ilə keçirilən 5-ci "Yerli şirkətlərin tanıtım sərgisi"ndə tekstil, qida, İKT, təhsil, inşaat, sənaye, logistika və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkətin məhsul və xidmətləri nümayiş olunub, sərgidə 20 000-dən çox ziyarətçi iştirak edib.
Sərginin təşkil olunmasında İş adamları Cəmiyyətinin Milli Assosiasiyası İctimai Birliyi, Dövlət Məşğulluq Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Dövlət Reklam Agentliyi, "Gültekin Logistics", "Archico Engineering Company", "Regional Construction Group", "Construction Business Group", "Crystal Group", "Moon Group", "BHB Strategic & Creative Co." və Birgə və Sağlam İctimai Birliyi dəstək göstərib.
Sərginin yekun mərasimi, yerli şirkətlər arasında yeni iş və əməkdaşlıq imkanlarının, gələcək əməkdaşlıqlar üçün ilkin razılaşmaların yaranmasında mühüm rol oynayıb.
Rəylər