Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Acıbadem": "Ginekoloji onkoloji xəstəliklərin müalicəsində mükəmməllik"
Türkiyənin "Acıbadem" klinikalar şəbəkəsinin Onkologiya Şöbəsi, uşaqlıq, yumurtalıq, uşaqlıq boynu və digər ginekoloji onkoloji xəstəliklərin müalicəsində aparıcı mərkəzdir. Klinikada hər bir ginekoloji onkoloji xəstəliyi olan şəxs, onun unikal ehtiyaclarına uyğunlaşdırılmış fərdi müalicə planı alır.
Ginekoloji onkoloji xəstəliklər, qadının reproduktiv sisteminin fəaliyyətini poza bilən bir neçə növ bədxassəli şişlərin ümumi terminidir. Bura uşaqlıq boynu, yumurtalıq, uşaqlıq yolu, endometrium və vulva xərçəngləri daxildir. "Acıbadem" Ginekoloji Onkologiya Şöbəsinin mütəxəssisləri, bütün növ ginekoloji onkoloji xəstəliklərin müalicəsində müqayisə olunmaz təcrübəyə malikdir. Çox vaxt bu, cərrahiyyə əməliyyatından sonra xəstələrimizin daha yüksək müsbət nəticələrə və həyat keyfiyyətinə sahib olmasına kömək edir.
"Acıbadem" Ginekoloji Onkologiya Qrupu
Ginekoloji onkologiyalar əlçatmaz yerlərdə olduğundan müalicə etmək çətin ola bilər. "Acıbadem"də şişlərin çıxarılma əməliyyatları yalnız yüksəkixtisaslı ginekoloji onkoloqlar tərəfindən həyata keçirilir. Ginekoloq-onkoloq qadın reproduktiv sistemi xərçənglərinin diaqnostikası və müalicəsi üzrə ixtisaslaşıb.
Ginekoloji xərçəng növünə görə müalicə
Uşaqlıq boynu xərçəngi ən çox rastlanılan xərçəng növüdür və cərrahiyyə əsas müalicə üsulu olaraq qalır. Uşaqlıq boynunda xərçəngin nə qədər yayıldığına görə cərrahiyyə yalnız xərçəng hüceyrələrinin çıxarılmasını, uşaqlıq və uşaqlıq boynunun rezeksiyasını və ya uşaqlıq, uşaqlıq boynu, uşaqlıq boynunun ətrafındakı yumşaq toxumalar və uşaqlıq yolunun yuxarı hissəsi ilə birlikdə çıxarılmasını əhatə edə bilər. Müəyyən hallarda kimyaterapiya və radioterapiya kombinasiyası da istifadə edilə bilər.
Yumurtalıq xərçəngi 100 qadından 1,4%-də rast gəlinən bir onkoloji xəstəlikdir. Cərrahiyyə də ilk müalicə variantı hesab edilir, lakin cərrahiyyədən sonra residivin qarşısını almaq üçün kimyaterapiya tələb oluna bilər.
Uşaqlıq və ya endometrium xərçəngi ən çox müalicə edilə bilən ginekoloji onkoloji xəstəliklərdən biridir. Endometrium xərçəngini cərrahi yolla uşaqlıq, uşaqlıq boynu, falop boruları və yumurtalıqların çıxarılması ilə müalicə etmək olar. Bəzi hallarda erkən mərhələdə yumurtalıqların qorunması mümkündür; lakin, əgər xərçəng yayılıbsa, əlavə müalicə üsulları, məsələn, hormonal terapiya və radioterapiya tətbiq oluna bilər.
"Acıbadem" Klinikası ginekoloji xərçəngin müalicəsi üçün robotik cərrahiyyə təklif edir
"Acıbadem" bütün növ ginekoloji xərçənglərin müalicəsi üçün innovativ mərkəz kimi tanınan aparıcı ginekoloji onkologiya mərkəzidir. Son onillikdə ginekoloji onkoloji xəstəliklərin cərrahiyyəsində böyük dəyişikliklər baş vermişdir: açıq əməliyyatlar minimal invaziv əməliyyatlarla əvəz olunub. Bu, xəstələrin daha az fəsadlarla daha tez sağalmasına imkan verir.
"Acıbadem" ginekoloji şişlərin çıxarılması əməliyyatlarının əksəriyyəti laporoskopik və ya robotik cərrahiyyə ilə həyata keçirilir. Robotik cərrahiyyə, laporoskopik cərrahiyyənin inkişaf etmiş bir formasıdır və cərrahlara robotik qollar və əlavə edilmiş alətlərdən istifadə etməklə əməliyyatlar aparmağa imkan verir. Cərrah bu alətləri əməliyyat otağında yerləşən kompüter konsolundan idarə edir. Bu yanaşma bir neçə üstünlük təklif edir: təkmilləşdirilmiş vizuallaşdırma, artan çeviklik, daha yüksək dəqiqlik. Bütün bunlar müalicə nəticələrinin daha yaxşı olmasına imkan yaradır. Bu gün ginekoloji onkologiyada endometrium, uşaqlıq boynu və erkən mərhələdə yumurtalıq xərçəngində robotik əməliyyatlar aparmaq mümkündür.
"Acıbadem" Bakı nümayəndəliyi : Səməd Vurğun küçəsi, 36, telefon: (+994 12) 595-96-81
"Acıbadem" Gəncə nümayəndəliyi: Məmməd Xəlilov küçəsi, 4-cü mkr, mənzil 15, telefon: (+994 22) 255-07-06
Siz həmçinin internet saytı və ya klinikanın rəsmi nümayəndəliyi vasitəsilə sorğu göndərməklə "Acıbadem" şəbəkəsinin aparıcı həkimlərindən pulsuz ikinci tibbi rəy ala bilərsiniz.
"Acıbadem xəstəxanası" teqi üzrə xəbərlər
- "Acıbadem" klinikalar şəbəkəsində prostat vəzi adenoması və xərçənginin müalicəsi
- "Acıbadem" klinikalar şəbəkəsində süd vəzi xərçənginin müalicəsinə kompleks yanaşma
- "Acıbadem"də xərçəng müalicəsində komanda yanaşması
- "Acıbadem" klinikalarında uşaq hematologiyası və onkologiyasının müalicəsi
- "Acıbadem" Klinikalar Şəbəkəsində orqan transplantasiyasında robotlaşma dövrü
Rəylər