Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Zaqatalada körpənin doğuş zamanı ölməsi məsələsinə aydınlıq GƏTİRİLDİ
Körpəsini itirən ana Sahibə Məmmədova bildirib ki, oktyabrın 31-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasına gedib:
"Həkimə dedim ki, uşaq tərpənmir baxın, dedilər "narahat olmayın, ürək döyüntüləri var". İynə vurdular, bildirdilər ki, birazdan sancı tutacaq səni. Uşaq doğulanda soruşdum ki, sağdır? Dedilər "bəli". Lakin uşaq tərpənmirdi. Həkim isə dedi ki, uşaq bir ay öncə ölüb, amma mən xəstəxanaya müraciət edərkən o tərpənirdi".
Yaxınları isə bildiriblər ki, bu vaxta qədər qadın bütün yoxlanışlardan keçib və hər şey normal olub. Lakin yeni doğulan körpə ölüb.
Ətraflı Baku TV-nin süjetində:
Oktyabrın 31-i saat 10:30-da Zaqatala rayon Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü şəxs "38-39 həftəlik hamiləlik, baş gəlişi, dölyanı mayenin vaxtından əvvəl getməsi" diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, 01.11.2024-cü il tarixində saat 03:25-də doğuş baş tutub. Doğuş fəsadsız keçib, lakin 3500 qr çəkidə ölü döl doğulub.
02.11.2024-cü il tarixdə zahı evə yazılıb.
Ölü döl təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.
Zaqatalada doğuş zamanı körpə ölüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində qeydə alınıb.
Rayonun Yengiyan kənd sakini S.M. doğuş üçün xəstəxanaya müraciət edib. Doğuş zamanı körpə ölüb.
Hadisə ilə bağlı müvafiq ekspertizalar təyin olunub.
Faktla bağlı araşdırma aparılır.
Rəylər