Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Zaqatalada daha bir yeni doğulan körpə ÖLDÜ
Zaqatalada daha bir yeni doğulan körpə ölümü qeydə alınıb.
APA-nın məlumatına görə, Zaqatala şəhərində anadan olan və rayonun Cimcımax kəndinə gəlin köçən 19 yaşlı Cəmilə Elman qızı Əliyeva bu gün dünyaya uşaq gətirmək üçün axşam saat 18 radələrində Zaqatala RMX-nın doğum şöbəsinə daxil olub.
C.Əliyeva doğum şöbəsinə daxil olduqdan iki saat sonra həkim mama-ginekoloq Yeganə Bayraməliyevanın iştirakı ilə təbii doğuş baş tutub. Doğuş zamanı ölü qız uşağı doğulub.
C.Əliyevanın valideynlərinin verdiyi məlumata görə, qızı C.Əliyevanın hamiləlik dövründə həkimi mama-ginekoloq Rəna Sultanova olub.
Doğuşa kimi yoxlamalar zamanı R.Sultanova həmiləliyin normal keçməsi bərədə məlumat verib.
Hətta bu gün axşam saatlarında C.Əliyevanın doğum şöbəsinə qəbul edilən zaman yoxlanışda ana bətnində uşağın ürək döyüntülərinin zəif olması barədə valideynlərə məlumat verilib.
Lakin doğuşdan sonra dərhal valideynlərə uşağın ana bətnində bir-neçə gün əvvəl öldüyü bildirilib.
C.Əliyevanın oktyabrın sonunda ultra səs müayinəsindən keçdiyi və müayinə zamanı həmiləliyin normal olması barədə rəy verilib.
Qeyd edək ki, son 10 gün ərazində Zaqatala RMX-nın doğum şöbəsində bu fakt da daxil olmaqla üçüncü yeni doğulan körpə ölümüdür.
Hər üç faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
Rəylər