Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Xocalıya möhtəşəm qayıdış - Sakinlər özləri ilə şəhərə yeni həyat gətiriblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvlərinin 28 May - Müstəqillik Günündə Xocalı şəhərinə səfəri yerli sakinlər tərəfindən mühüm addım kimi qəbul edilib.
"Report"un Xocalıya ezam olunan əməkdaşına bildirilib ki, Azərbaycan üçün çox əlamətdar sayılan 28 may tarixi xocalıların yaddaşından heç vaxt silinməyəcək.
Çünki 32 illik ayrılıqdan sonra ilk dəfə öz doğma ocaqlarına geri dönən Xocalı sakinləri ölkə başçısının xeyir-duası ilə öz evlərinə qayıdıblar.
Prezident İlham Əliyev Xocalıya səfəri zamanı şəhərdə 15 çoxmənzilli binada həyata keçirilən təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Böyük Qayıdışın reallaşdırıldığı digər yaşayış məntəqələri kimi, Xocalı şəhərinə də köçün sürətlənməsi davam edir. 32 ildən sonra Müstəqqillik Günündə öz dədə-baba torpaqlarına qayıdan Xocalı sakinləri ikiqat sevinc yaşayıblar.
Uzun illər işğal altında qalan Xocalı azad olunduqdan sonra qısa müddət ərzində burada bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Əzəli yurdlarına qaydan keçmiş köçkün ailələri artıq müasir tipli evlərlə təmin olunublar. Bir vaxtlar torpağı qanla yoğrulan bu doğma yurd yeri indi dövlətin dəstəyi ilə addım-addım, qarış-qarış yenidən dirçəldilir.
Uzunmüddətli işğal dövründə ermənilərin xarabalığa çevirdiyi Xocalı şəhəri inanılmaz dəyişikliklər sayəsində möhtəşəm yaşayış məntəqəsinə çevrilir. İşğaldan azad olunan digər rayonlarımız kimi, Xocalıya da böyük qayıdış reallaşıb. Xocalı sakinləri illərdir həsrətini çəkdikləri doğma torpaqlarına əbədi yaşayıb-yaratmaq üçün geri dönüblər. Öz qayıdışları ilə doğma torpaqlara yenidən həyat gətiriblər.
Qeyd edək ki, Xocalıya köçürülən ailələr ölkənin müxtəlif ərazilərində yardımçı tikililər və müxtəlif müəssisələrə məxsus olan binalarda yerləşdirilən sakinlər olub. Xocalı şəhərində indiyədək 44 ailənin (169 nəfər) daimi məskunlaşması təmin edilib.
Onu da vurğulamaq yerinə düşər ki, Xocalıya köçün daha da intensivləşməsi üçün şəhərdəki yarımçıq tikili vəziyyətində olan və 3,34 hektar ərazini əhatə edən yaşayış kompleksi də əsaslı təmir olunub. Burada hər biri ikigirişli olmaqla, üçmərtəbəli 15 binada iki, üç və dördotaqlı 80 mənzil var. Kompleksdə uşaq oyun meydançaları, idman qurğuları və meydançası, söhbət guşələri yaradılıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 22.11.2024-ün ən mühüm hadisələri
- Prezident: "Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq"
- Prezident: "ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib"
- İlham Əliyev: "Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb"
- İlham Əliyevdən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının iştirakçılarına MÜRACİƏT