Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ülvi Mehdiyev: "ASAN xidmət" mərkəzləri bütün regionlarda olacaq"
"Növbəti illərdə Ağdam, Cəbrayıl və Laçın şəhərlərində də regional "ASAN xidmət" mərkəzləri olacaq".
Oxu.Az xəbər verir ki, bu sözləri Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycan Dövlət Televiziyasında (AzTV) yayımlanan "Hədəf" verilişində deyib.
O qeyd edib ki, "ASAN xidmət" mərkəzləri bütün regionlarda olacaq:
"İşğaldan azad edilmiş regionlarda quruculuq işləri həyata keçirilir. "ASAN xidmət" mərkəzləri regionlarda da olacaq. Eyni qaydada xidmət göstərəcək. Qarabağ və Zəngəzurla bağlı da planlarımız var".
"Şuşada Dövlət Xidmətləri Mərkəzinin açılışı oldu. Orada "ASAN xidmət" təmsil olunur. "ASAN xidmət" yeni iş yeri deməkdir. Şuşada 21 nəfər gənc sırf "ASAN xidmət" əməkdaşı olacaq. Onlar Şuşaya köçürülmüş ailələrdən olacaqlar. Məşğulluğu artırılması baxımdan da faydalıdır. Şuşaya köçürüləcək vətəndaşların siyahısından gəncləri seçmişik. Həmin şuşalı gənclərə bir neçə ay öncədən digər "ASAN xidmət"lərdə lazımi təcrübədən keçirilir", - deyə fikrini tamamlayıb.
Nəzrin Vahid
"ASAN xidmət" teqi üzrə xəbərlər
- Ülvi Mehdiyev: "ASAN xidmət" modeli BMT xətti ilə dörd qitəyə ixrac olunacaq"
- Estetik əməliyyatdan sonra vəsiqə və pasportlar dəyişdirilməlidir? - "Kaspi"nin ARAŞDIRMASI
- "ASAN xidmət" təcrübəsi Rumıniyada
- Azərbaycanda ilk dəfə keçirilən Startaplar üzrə Dünya Çempionatının qalibi müəyyənləşib
- Ülvi Mehdiyev şikayətlərdən danışdı: "ASAN xidmət" rüşvəti necə əngəlləyir?