Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Türkiyədən gətirilən bioloji aktiv qida məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb
Türkiyədən Azərbaycana gətirilən bioloji aktiv qida məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində "Buğur" MMC-nin Türkiyə Respublikasından idxal etdiyi "Evren İlaç Kozmetik San. ve Tic. LTD" şirkətinə məxsus "Leopard, kapsul №10" əmtəə nişanlı bioloji aktiv qida məhsulu (BAQM) partiyasından (13.02.2024-13.02.2027 istehsal və son istifadə tarixli) agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Laborator müayinələr nəticəsində nümunələrdə uyğunsuzluq - "Tadalafil və Sildenafil" aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi üçün Türkiyə Respublikasının aidiyyəti dövlət qurumuna rəsmi məktub göndərilib.
"Bioloji aktiv qida məhsulları (BAQM)" teqi üzrə xəbərlər
- 15 bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb
- Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb
- Özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ
- AQTA bioloji aktiv qida məhsulları ilə bağlı istehlakçılara müraciət edib
- Azərbaycana xaricdən gətirilən qida əlavələri ilə bağlı PROBLEM: Sahibkarlar NARAZIDIRLAR
Rəylər