Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şuşalı müəllimlər 32 il sonra doğma yurdunda: "Düşmən uşaqlığımızı əlimizdən almışdı"
Vaxtilə şagird kimi çıxdıqları Şuşaya 32 ildən sonra müəllim kimi qayıdan Vəsilə Məmmədova və Türkan Hüseynova öz təəssüratlarını Baku TV ilə bölüşüblər.
İllərlə həsrətində olduqları doğma torpağa geri dönən müəllimlər Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə çalışmağın sevincini yaşadıqlarını bildiriblər.
"Şuşadan çıxanda 10 yaşım var idi. Düşmən təkcə bizim torpağımızı deyil, uşaqlığımızı, gəncliyimizi də əlimizdən almışdı. İndi isə xəyallarımızda yaşatdığımız Şuşamıza qayıtmışıq", - deyə T.Hüseynova söyləyib.
Daha ətraflı videosüjetdə:
Şuşalı müəllimlər 32 il sonra doğma yurdunda: "Düşmən uşaqlığımızı əlimizdən almışdı"
"Şuşaya qayıdış" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər