Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Sürücülər təmir olunan yolda cərimə ediliblər - ŞİKAYƏT
Sabunçu rayonu, Zabrat-Kürdəxanı yolunda təmir işləri aparıldığı üçün dəmir hasarlar qoyulub. Orada rahat hərəkət edə bilməyən sürücülər isə qoşa xəttin tələbini pozaraq əks yola çıxmağa məcbur olurlar.
Sürücülər iddia edirlər ki, təmirlə bağlı yaranan vəziyyətdə əks yola çıxdıqları üçün cərimə olunublar.
Yolun bu halda olmasına səbəb isə ərazidəki kanalizasiya xətlərinin yenilənməsidir.
Sürücülərə yazılan cərimələrlə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) "Xəzər Xəbər"ə bildirilib ki, həmin yoldakı təmirlə bağlı heç kimə cərimə tətbiq olunmur. Cərimə yazılan sürücülər isə təmir olunan yerə çatmadan nişanın tələbini pozanlardır.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, ərazidə layihəyə uyğun olaraq kanalizasiya xətlərinin dəyişdirilməsi və yenilənməsi işləri aparılır:
"Qaydalara uyğun olaraq işlər müəyyən məsafəyə qədər başa çatmalıdır ki, asfalt qatının bərpası üçün müraciət ünvanlansın. Həmin hissənin asfalt örtüyünün bərpası da təmir-tikinti işləri müvafiq məsafədə tamamlandıqdan sonra həyata keçiriləcək".
Ətraflı süjetdə: