Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Sumqayıt Dövlət Universitetinin prorektoru vəzifəsindən azad edilib
Sumqayıt Dövlət Universitetinin (SDU) prorektoru Qafar Nəriman oğlu Atayev vəzifəsindən azad olunub.
“Report”un yerli bürosu xəbər verir ki, o, öz ərizəsi əsasında vəzifədən azad edilib.
Məlumata görə, Qafar Atayev ixtisasca mühəndis olduğu üçün o, bundan sonra Mühəndislik fakültəsində müəllim kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Qafar Atayev 1960-cı ilin sentyabr ayının 3-də Salyan rayonunun Yenikənd kəndində anadan olub. 2014-cü il yanvar ayının 16-da SDU-nun Qiyabi, distant və əlavə təhsil üzrə prorektoru vəzifəsinə təyin edilib. 2019-cu il iyun ayının 18-də SDU-nun Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub. 2002-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adına, 2016-cı ildə isə dosent elmi adına layiq görülüb.
30-dan çox elmi məqalənin, iki dərs vəsaitinin və üç tədris-metodik göstərişin müəllifidir.
Rəylər