Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Sərnişin nəqliyyatında elektrik mühərrikli yeni avtobuslar işləyəcək?
Bakıya elektrik mühərrikli yeni avtobuslar gətirilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurumun Mətbuat Xidməti Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.
Qeyd olunub ki, avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
"Son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Həmçinin bu il ərzində daha 200 avtobusun təmir olunaraq istismara qaytarılması planlaşdırılır.
Qeyd edək ki, 160 yeni elektrik avtobusunun da alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi barədə məlumat vermişdik. Çinin BYD şirkəti ilə əməkdaşlıq çərçivəsində artıq elektrik mühərrikli avtobusların Bakıya gətirilməsi prosesi başlanılıb", - deyə açıqlamada vurğulanıb.
Əzizə İsmayılova
Rəylər