Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şəkərli diabet xəstələrini işdən çıxarmaq QADAĞANDIR? - HÜQUQİ İZAH
Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər dövlət tərəfindən bir çox imtiyazlara sahibdirlər. Təsadüfi deyil ki, "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Qanun var. Bundan əlavə, "Şəkərli diabet üzrə Dövlət Proqramı" qəbul edilib.
Eyni zamanda, şəkərli diabet xəstəsinə əmək fəaliyyətində bir sıra hüquqlar tanınıb. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin əmək hüquqları yalnız Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilən işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli peşələr və iş yerləri üzrə məhdudlaşdırıla bilər.
Bəs şəkərli diabet xəstəsi olan şəxs işdən çıxarıla bilərmi?
Suala Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov aydınlıq gətirib.
O, Bizim.media-ya açıqlamasında bildirib ki, şəkərli diabet xəstəsinin xəstəlik səbəbi ilə işdən çıxarılması qadağandır:
"Əmək Məcəlləsinin 79-cu maddəsinə görə, bu səbəbdən işçinin əmək müqaviləsinə xitam verilə bilməz. Yalnız Məcəllənin 70-ci maddəsində göstərilən halda - yəni müəssisə ləğv edildiyi zaman - diabetli xəstənin əmək fəaliyyətinə xitam verilə bilər. Bundan başqa, Məcəllənin 73-cü maddəsində göstərilən hallarda, yəni şəxsin əmək müqaviləsi başa çatdıqda onunla yeni müqavilə bağlanmaya bilər. Digər hallara bu xəstələrin işdən çıxarılması qadağandır".
"Şəkərli diabet" teqi üzrə xəbərlər
- Koronavirusdan sağalan uşaqlarda daha bir qorxulu xəstəliklə bağlı proqnoz verildi
- Ağızdan gələn pis qoxudan necə xilas olmaq olar? - Həkimdən məsləhətlər
- Aşağı karbohidratlı pəhrizin şəkərli diabet xəstələrinə gözlənilməz təsiri
- Az və ya artıq yuxu eyni xəstəliyə səbəb olur
- ÜST-dən diabet və arıqlamaq üçün istifadə edilən saxta dərmanlarla bağlı XƏBƏRDARLIQ
Rəylər