Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Satışda olan kolbasa ilə bağlı dəhşətli fakt ortaya çıxdı
Tez-tez istifadə etdiyimiz ət məhsullarından biri də kolbasadır. Belə ət məhsulları hazırlanarkən müəyyən dadverici qatqılardan istifadə edilir. Bu isə insan həyatı üçün təhlükəlidir.
Son günlərdə isə "CF Kristal" adlanan kolbasalarda zərərli maddələr aşkarlandığı iddia edilir.
Qida sahəsi üzrə mütəxəssis Ağa Salamov bildirib ki, kolbasanın tərkibində olan maddələr insanda mədə pozğunluğuna gətirib çıxarır:
"Belə maddələrdən əsasən işlənmiş ətlərdə istifadə olunur. Ancaq qatqılardan istifadə edərkən, onun miqdarına xüsusi fikir verilməlidir".
Həkim-diyetoloq Şəfa Yadigarovanın sözlərinə görə, kolbasa və sosiska məhsullarından istifadənin əleyhinədir. O vurğulayıb ki, hər hansı bir ət məhsulunu kolbasa məhsuluna gətirib çıxarmaq üçün ona rəngverici və dadverici maddələr qatırlar.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, bu kimi hallara qarşı mütəmadi olaraq yoxlamalar aparılır.
Ətraflı "ATV Xəbər"in süjetində:
Rəylər