Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yüksəkvəzifəli məmur üç xanım əməkdaşına avtomobil HƏDİYYƏ edib? - RƏSMİ AÇIQLAMA
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovun üç xanım əməkdaşına avtomobil hədiyyə etməsi ilə bağlı iddialar tam əsassızdır".
Oxu.Az xəbər verir ki, bu məlumat "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Xidmətinin açıqlamasında öz əksini tapıb.
"Azərbaycan Dəmir Yolları" QSC tərəfindən qurumun departament rəhbərlərinə, müşavir və sədr müavinlərə xidməti istifadə üçün avtomobillər verilir. Məlumat üçün bildiririk ki, qeyd olunan iddialar tam əsassızdır. "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən hər hansı bir əməkdaşa və ya kənar bir şəxsə avtomobil hədiyyə edilməyib.
Qeyd etmək istəyirik ki, ADY-nin avtomobil parkı mütəmadi olaraq yenilənir, departament rəhbərləri və yuxarı rəhbərlik xidməti minik avtomobilləri ilə təmin edilir", - deyə rəsmi açıqlamada qeyd olunub.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovun üç xanım əməkdaşına jest etdiyi iddia olunur.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Rövşən Rüstəmovun tapşırığı ilə üç xanım əməkdaşa, o cümlədən yeni müşavir Aysel Soltanovaya "Toyota Corolla" markalı avtomobil verilib. Bildirilir ki, hədiyyə 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində təqdim olunub.
Saytın əməkdaşları məlumatı dəqiqləşdirmək üçün Rövşən Rüstəmovun müşaviri Aysel Soltanova ilə əlaqə yaradıb. Xanım müşavir ona avtomobil hədiyyə olunduğunu inkar etsə də, sonradan məlumatı qismən təsdiqləyərək, ona "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən xidməti avtomobil verildiyini deyib:
"Mən 19 yaşından rəsmi işləyirəm və kifayət qədər normal əməkhaqqı alıram. Aldığım əməkhaqqının da vergisini verirəm. Kifayət qədər də peşəkar karyeram var. Mənim nəinki işəgötürənin, heç kəsin, şəxsi həyatda belə kiminsə mənə avtomobil və ya nəsə başqa hədiyyə verməsinə ehtiyacım yoxdur. "Azərbaycan Dəmir Yolları"nda müavin, müşavir və departament direktoru heyətinə imtiyaz olaraq avtomobillər təhkim olunub. Bunu təsdiq edə bilərəm", - deyə Aysel Soltanova qeyd edib.
"Azərbaycan Dəmir Yolları QSC" teqi üzrə xəbərlər
- "Azərbaycan Dəmir Yolları" Asiya İnkişaf Bankı ilə 131 milyon dollarlıq kredit sazişi imzalayıb
- Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- Bu il Azərbaycanda qatar qəzalarında ölənlərin sayı açıqlandı
- İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
Rəylər