Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qusarda toyda baş verən zəhərlənmə ilə bağlı araşdırmalara başlanıldı
27 iyul 2024-cü il tarixində Qusar rayonunda baş verən hadisə ilə bağlı dövlət qurumlarının əməkdaşları birgə araşdırmalara başlayıblar.
Bu barədə Oxu.Az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün vətəndaşa məxsus Qusar rayonu, Aşağı Ləgər kəndində həyətyanı sahədə təşkil olunmuş toy mərasimində istehlak edilən müxtəlif qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
İlkin araşdırmalara əsasən hadisə ev şəraitində hazırlanmış məhsulların istehlakı nəticəsində baş verib. Qusar rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, hadisə nəticəsində zərərçəkən şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Araşdırmaların nəticəsi ilə bağlı əlavə məlumat veriləcək.
Qusar rayonunun Aşağı Ləgər kəndində beş nəfər qidadan zəhərlənib.
APA xəbər verir ki, hadisə toyda baş verib.
2019-cu il təvəllüdlü Z.Səfərova, 2007-ci il təvəllüdlü S.Səfərova, 1966-cı il təvəllüdlü E.Primov, 2014-cü il təvəllüdlü Ə.Aydazadə və 2011-ci il təvəllüdlü İ.Eyyubov toyda yedikləri qidadan sonra özlərini pis hiss ediblər. Onlar Qusar Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Qida zəhərlənməsi diaqnozu qoyulan şəxslər tibbi yardımdan sonra evə buraxılıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.
Rəylər