Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO/VİDEO
Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə barəsində həbs qətimkan tədbiri seçilən “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin rəhbəri Anar Məmmədlinin çevrəsi tərəfindən adının çox hallandırılmaması və özünü arxa planda göstərməyə çalışmasına baxmayaraq onu “qrant maqnatı” adlandırmaq olar.
Trendxeber.biz-in əldə etdiyi məlumata görə, Anar Məmmədli uzun müddət müxtəlif şəxslərlə əlbir olaraq qrant layihələri adı altında beynəlxalq donor təşkilatlarından maliyyə vəsaitləri alıb, həmin vəsaitləri əsasən Gürcüstanın “TBC” bankında öz adına açılmış hesablar vasitəsilə qanunsuz yollarla nağdlaşdıraraq Azərbaycan Respublikasının ərazisinə gətirilməsi işinə rəhbərlik edib.
Bu məqsədlə o, əvvəlcə özü və yaxın ətrafı ilə birlikdə mərkəzi İsveçrədə yerləşən “Human Rights House Foundation” təşkilatına üzv olub, həmçinin digər xarici donor təşkilatlarla sıx əlaqələr qurub, ölkə daxilində ətrafında şəbəkə formalaşdırmaqla bəzi hallarda öz, bəzi hallarda isə şəbəkənin digər üzvlərinin adından çoxsaylı qrant layihələri hazırlayıb, müxtəlif şəxslər üçün formal əməkhaqqı, jurnalistlərə avadanlıq alışı və s. adlar altında maliyyə vəsaitləri cəlb edərək öz pulyuma mexanizmini formalaşdırıb.
Məlum olub ki, o, təkcə 2021-2024-cü illərdə Gürcüstanın “Human Rights House Tbilisi” təşkilatından 2,265 avro, Fransanın “Equal Rights İndependent Media” təşkilatından 4,570 avro, İsveçin “Swedish International Liberal Centre (SILC)” təşkilatından 12,625 ABŞ dolları, Norveçin “Norwegian Human Rights House Foundation” təşkilatından 24,850 avro, İsveçrədə yerləşən “Human Rights House Foundation” təşkilatından 27,020 avro, Belçikanın “International Partnership for Human Rights (IPHR)” təşkilatından 43,290 avro, ABŞ-nin “The National Endowment for Democracy (NED)” təşkilatından 53,770 avro, Çexiyanın “Prague Civil Society Centre” təşkilatından 59,850 avro, ABŞ-nin “The National Endowment for Democracy (NED)” təşkilatından 75,010 ABŞ dolları, ABŞ-nin “German Marshall Fund” təşkilatından 74,411 ABŞ dolları və 27,215 avro, habelə dəyəri 170,635 avro və 24,020 ABŞ dolları təşkil edən layihə sənədləri nəzərə alınmaqla ümumilikdə 1.441.200 AZN məbləğində qrant vəsaitləri əldə edib.
Anar Məmmədli bununla kifayətlənməyib, eyni zamanda müxtəlif şəxslərin beynəlxalq təlim və tədris proqramlarında iştirak etmələri, qrant layihələri ala bilməsi üçün tövsiyə məktubları hazırlayıb, digər şəxslər tərəfindən əldə olunan vəsaitlər də sonda onunla bölünüb.
A.Məmmədlinin tövsiyə məktublarını hazırladığı şəxslərdən biri “Meclis.info” platformasının rəhbəri İmran Əliyevdir. O, Anar Məmmədlinin qurduğu qrantalma və pulyuma mexanizmindən ən çox faydalanan şəxslərdən biridir.
Belə ki, İmran Əliyev Anar Məmmədlinin vasitəsi və tövsiyəsi ilə vaxtaşırı müxtəlif xarici qrant layihələrində iştirak edib, çoxsaylı donor təşkilatlarından əldə etdiyi vəsaitləri özünün Gürcüstandakı “TBC Bank” hesabı vasitəsilə nağdlaşdırıb, müxtəlif şəxslər vasitəsilə Azərbaycan Respublikasının ərazisinə gətirilməsini təmin edib.
İmran Əliyev 2019-2024-cü illərdə bir hissəsini (297.000 AZN) birbaşa özünə məxsus “TBC Bank” hesabına qəbul etməklə ABŞ-nin “Freedom House INC” təşkilatından 890 ABŞ dolları, ABŞ-nin “International Research & Exchanges” təşkilatından 1,761 ABŞ dolları, Belçikanın “International Partnership for Human Rights” təşkilatından 2,600 avro, Gürcüstanın “Human Rights House Tbilisi” təşkilatından 9,069 lari (5,770 AZN), İsveçrənin “Human Rights Information and Documentation Systems” (HURIDOCS) təşkilatından 3,737 ABŞ dolları, ABŞ-nin “Internews” təşkilatından 6,420 ABŞ dolları, Fransanın “Equal Rights İndependent Media” təşkilatından 8,350 avro, Niderland Krallığının “Netherlands Helsinki Committee” təşkilatından 10,050 avro, ABŞ-nin Azərbaycandakı səfirliyi vasitəsilə “USAİD” təşkilatından 16,434 avro, ABŞ-nin “Counterpart International İNC” təşkilatından 23,781 ABŞ dolları, ABŞ-nin “Journalism Development Network Pred” təşkilatından 34,561 ABŞ dolları, ABŞ-nin “The National Endowment for Democracy (NED)” təşkilatından “Azərbaycanda rəqəmsal hüquqların maarifləndirilməsi və qorunması” layihəsi çərçivəsində 39,240 ABŞ dolları, Avropa İttifaqına üzv dövlətlər tərəfindən yaradılmış, mərkəzi Belçikada yerləşən “The European Endowment for Democracy” təşkilatından 54,450 avro, ABŞ-nin “German Marshall Fund” təşkilatından “Məclis info” layihəsi çərçivəsində 56,930 ABŞ dolları (əlavə olaraq 2024-2025-ci illəri əhatə edən dövr üçün nəzərdə tutulmuş 30,010 avro), “Black Sea Trust for Regional Cooperation” layihəsi çərçivəsində 69,880 avro və Çexiyanın “Prague Civil Society Centre” təşkilatından 90,004 avro olmaqla, ümumilikdə 833,000 AZN məbləğində maliyyə vəsaiti alıb.
Məlumata görə istintaq orqanlarının əlində sadalanan faktlar və alınan bütün maliyyə vəsaitləri, onların qanunsuz yollarla nağdlaşdıraraq ölkəyə gətirilməsini təsdiqləyən bütün qəbz və sənədlər mövcuddur.
Görünən odur ki, özləri üçün rahat qazanc əldə etmək məqsədilə pulyuma mexanizmləri quran şəbəkənin ifşası bundan sonra hələ bir müddət də davam edəcək.
Rəylər