Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
QMİ-nin sədr müavini: “Həcc ziyarətinə dəfələrlə getməklə bağlı heç bir məhdudiyyət yoxdur”
“Bir şəxsin Həcc ziyarətinə dəfələrlə getməsi ilə bağlı heç bir məhdudiyyət və yaxud da qadağa yoxdur”.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.
“Amma biz tövsiyə görərik ki, bir dəfə getdikdən sonra digər Həcc səfərlərinin əvəzinə, maddi ehtiyacı olan şəxslərə yardım edilsin. İndi bəzi insanlar bir neçə dəfə Həcc ziyarətinə getməklə yanaşı, həm də ehtiyacı olan insanlara yardım edirlərsə də, bu da normaldır”, - Fuad Nurullayev əlavə edib.
Nəzrin Vahid
"Fuad Nurullayev" teqi üzrə xəbərlər
- Aşura mərasimi hansı məscidlərdə keçiriləcək? - AÇIQLAMA
- Nişanlı qız üçün qurban kəsilməsi günahdırmı?
- QMİ rəsmisindən ETİRAZ: “Ramazandan istifadə edib insanları aldadırlar”
- Ramazanda fəaliyyəti dayanan şadlıq sarayları: “Toy etməmək dinlə bağlı bir məsələ deyil” - ARAŞDIRMA + FOTO
- Ayağını qəbrinə görə uzat və ya dəfn xərcləri artırılacaqmı? - AÇIQLAMA + FOTO
Ən çox oxunanlar
Rəylər