Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Paytaxtın mərkəzində olan işıqfor niyə iki ildir işləmir? - RƏSMİ CAVAB
Paytaxtın mərkəzi küçələrindən birində işıqfor var, lakin sakinlər deyirlər ki, bu işıqfor artıq iki ilə yaxındır ki, işləmir.
Xezerxeber.az-ın xəbərinə görə, bu yolda hər gün eyni mənzərə müşahidə olunur.
Texniki nasazlıq həm yolu keçən piyadalarda, həm də avtomobilini qəza vəziyyətindən qorumaq istəyən sürücülərdə narazılıq yaradır.
Söhbət paytaxtın Yasamal rayonu Cəfər Cabbarlı küçəsi ilə Əlibəy Hüseynzadə küçəsinin kəsişməsindən gedir. Hər gün yüzlərlə vətəndaşın istifadə etdiyi bu yolda işıqfor mövcuddur, lakin işıqları yanmır.
Çəkiliş zamanı məlum olub ki, bu problem yalnız bir deyil, iki küçənin kəsişməsində yaşanır. Zivərbəy Əhmədbəyov küçəsində də eyni vəziyyət müşahidə edilir. İşıqfor quraşdırılıb, ancaq hələ istifadəyə verilməyib.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, problemin həlli üçün yaxın vaxtlarda işlər aparılacaq.
Qeyd olunub ki, paytaxtın küçə və prospektlərində piyadaların və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyini artırmaq məqsədilə kompleks tədbirlər həyata keçirilir. Bu çərçivədə müxtəlif yol sahələrində nəqliyyat axını təhlil edilərək zəruri yerlərdə işıqforların quraşdırılması təmin edilir. Sözügedən ərazidə də bu işlər həyata keçirilib və nizamlayıcının işə salınması üçün texniki tamamlanma işləri aparılır.
Ətraflı videoda:
"İşıqfor" teqi üzrə xəbərlər
- Metronun "Xətai" stansiyasının qarşısında işıqfor aşıb
- Azərbaycanın beş şəhərində təhsil müəssisələri ətrafında xüsusi yoxlama aparılıb
- Bakıda illərdir quraşdırılan işıqfor hələ də istifadəyə verilməyib
- Bakıda işləməyən işıqfor ard-arda qəzalara səbəb olur
- Bakıda işıqforu yararsız hala salan sürücü hadisə yerindən qaçdı
Rəylər