Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanın beş şəhərində təhsil müəssisələri ətrafında xüsusi yoxlama aparılıb
"Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) "Siqnal" İdarəsi tərəfindən yol hərəkətinin təşkilində tətbiq olunan texniki nizamlama vasitələrinin nəzarətdə saxlanılması, istismar prosesində meydana gələn problemlərin vaxtında aradan qaldırılması üçün zəruri tədbirlər görülür".
Oxu.Az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
"İdarənin regional qurumları tərəfindən bu dəfə Lənkəran, Cəlilabad, Göyçay, Şirvan və Mingəçevir şəhərlərində quraşdırılmış işıqfor obyektlərinə texniki qulluq göstərilib, idarəedici qurğularda baş verən nasazlıqlar aradan qaldırılıb.
"Diqqət, uşaqlar!" aylığı çərçivəsində təhsil müəssisələrinə yaxın küçə və prospektlərdə quraşdırılmış işıqfor obyektlərinin iş rejimi yoxlanılıb, qurğulara texniki qulluq göstərilib, sıradan çıxan hissələr yenisi ilə əvəz olunub".
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)" teqi üzrə xəbərlər
- Yasamalda iki avtomobil toqquşub: Xəsarət alanlar var
- DYP-dən küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına MÜRACİƏT
- DYP-dən avtobus zolağına daxil olan minik avtomobillərinə növbəti XƏBƏRDARLIQ
- Bu ilin 10 ayında avtomobil qəzalarında ölən velosipedçilərin sayı AÇIQLANDI
- Yolayrıcını keçmə qaydasına məhəl qoymayan sürücü qəzaya səbəb oldu
Rəylər