Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Parkinqlə bağlı xidmət PULLU OLDU
"AzParking"də giriş-çıxışda göndərilən hər SMS-ə görə artıq 0.10 manat ödəniş çıxılması ilə bağlı iddialar yayılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu, "Bakcell" və "Nar" mobil operatorları tərəfindən tətbiq edilən komissiya haqqıdır və parklanmaya görə ödəniş deyil.
"Azercell" mobil operatoru tərəfindən bu xidmət üçün heç bir komissiya haqqı tətbiq edilmir.
Qeyd edək ki, parklanmaya görə ödənişləri SMS-lə yanaşı, "Azparking" mobil tətbiqi üzərindən etmək mümkündür. Ödəniş üsulu vətəndaşlar tərəfindən könüllü seçilir. "Azparking" mobil tətbiqindən istifadəyə görə heç bir komissiya haqqı tutulmur".
Əzizə İsmayılova
Rəylər