Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Oxu.Az 11 yaşında!
Bu gün Oxu.Az xəbər saytı 11 yaşını qeyd edir. Sayt 2013-cü il iyulun 1-də fəaliyyətə başlayıb.
Bu gün Oxu.Az ölkənin ən böyük media ailəsinin - "Global Media Group" media holdinqinin tərkibində fəaliyyət göstərir.
Fasiləsiz işləyən saytda onlarla işçi çalışır. Sayt hər gün yüzlərlə xəbəri iki dildə - Azərbaycan və rus dillərində dərc edir. Oxu.Az kollektivi təkcə ölkəmizdə deyil, bütün dünyada baş verən ən son xəbərləri operativ şəkildə oxuculara çatdırmaq üçün gecə-gündüz çalışır.
Ötən illər ərzində Oxu.Az Azərbaycanda ən çox oxunan informasiya resursu olub və komandamız bu tendensiyanın dəyişməz qalması üçün hər şeyi edəcək.
Əməkdaşlarımızı və əziz oxucularımızı əlamətdar tarix münasibətilə təbrik edirik!