Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ötən il 175 nəfər münasibətdə olduğu şəxsin zorakılığına məruz qalıb - HESABAT
Ötən il gender əsaslı zorakılıqla bağlı "860" dəstək xəttinə 302 müraciət daxil olub, onlardan 175 nəfəri münasibətdə olduğu şəxsin zorakılığına məruz qalıb.
"Report" xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında öz əksini tapıb.
Qeyd olunub ki, müraciət edənlərin 237 nəfəri qadın, 65 nəfəri kişi olub. Dəstək xəttinə edilən müraciətlərin sayı 2022‐ci illə müqayisədə 12,3% artıb.
Müraciətlərin əksəriyyəti psixoloji (288) və fiziki zorakılıq (146), həmçinin cinsi zorakılıqla (6) bağlı olub. Şikayət edənlərin əksəriyyəti zorakılığın bir neçə növünün qurbanı olub və onlardan 175 nəfəri münasibətdə olduğu şəxs tərəfindən zorakılığa məruz qalıb.
Keçən il ərzində qəbul edilən zənglərin təhlilinə əsasən müəyyən edilib ki, müraciət edənlərin əksəriyyəti evli, orta təhsilli, işsiz şəxslərdir.
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi" teqi üzrə xəbərlər
- Bahar Muradova: "Azərbaycan ətraf mühitin qorunmasına dair zəruri qanunvericilik bazası hazırlayıb"
- Bahar Muradova: "Qadınlar üçün həssas gender tədbirləri həyata keçirmək prioritetlərdən biridir"
- Bu il Azərbaycanda 11 erkən nikahın qarşısı alınıb - RƏSMİ
- Naxçıvanda erkən nikaha növbəti cəhdin qarşısı alındı
- Uşaqlara qarşı cinayətlər: Cəzalar sərtləşdirilməlidir? - "Kaspi"nin şərhi
Rəylər