Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ölkənin ən məşhur şirkətlərindən biri cərimələnir
"Sirab" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində "Hava, dəniz, çay, avtomobil, dəmir yolu nəqliyyatında və metropolitendə olan qaydalar" əleyhinə inzibati xəta protokolu tərtib edilib.
"Qaynarinfo"nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinin pozulması iddiası ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən, sərnişin və yükdaşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər 500 manatdan 800 manatadək, hüquqi şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə cərimə edilir.
İş Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin icraatındadır.
Rəylər