Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Nikosayağı”ya hökm oxundu - YENİLƏNİB + FOTO/VİDEO
“Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirliyə hökm oxunub.
Oxu.Az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, Nicat Şakirli 5 il müddətinə azadlıqdan məhrum edilib.
O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Eyni zamanda, N.Şakirli 3 il müddətinə də sürücülük hüququndan məhrum edilib.
09:37
Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən “Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Oxu.Az-ın məlumatına görə, proses hakim Samir Əliyevin sədrliyi ilə keçirilir.
Prosesdə N.Şakirlinin vəkili çıxış edir.
09:24
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən “Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, proses hakim Samir Əliyevin sədrliyi ilə baş tutacaq.
N.Şakirli artıq məhkəmə salonuna gəlib. Onun atası, qardaşı, eləcə də bloqer dostları məhkəmə prosesində iştirak edəcəklər.
Məhkəmə prosesi 09:30-da başlayacaq.
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Şirkətin pullarını "TikTok"da bahalı hədiyyələrə xərclədi - HƏBS OLUNDU
- Nazir oğlunun adı qalmaqalda: "400 minlik yeyintidən xəbərim olmayıb"
- Apellyasiya şikayəti verdi, cəzası artırıldı - Tanışını qətlə yetirən şəxsin məhkəməsi
- Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında
- Bakıda falçıdan ağlasığmaz əməllər - Müharibədən qoruma cadusu üçün 32 min alıb
Rəylər