Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nazir: "Cəmiyyətdə təəssürat formalaşmamalıdır ki, biz məktəblər barəsində xəbərsizik"
"Biz istəsək də, bütün məktəbləri eyni gündə, eyni vaxtda təmir edə bilmərik".
Oxu.Az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, hazırda məktəblərin 90 faizdən çoxu təmirlidir:
"Məktəbin təmirli olması, orada müvafiq tədris şəraitinin yaradılması Elm və Təhsil Nazirliyinin qarşısında olan məqsəddir. Son beş ildə, 550-dən artıq modul məktəbini də saysaq, məktəblər ya yenidən tikilib, ya əsaslı təmir olunub, ya da qəzalı vəziyyətdən çıxarılıb. 550 rəqəmi kifayət qədər böyükdür. Bizim çox az sayda, bir neçə yüz məktəbimiz qalıb. Bu sahədə dövlətin sürətlə gördüyü iş var. Burada ardıcıllıqla, ayrılmış investisiya büdcəsi çərçivəsində, Heydər Əliyev Fondu tərəfindən hər il 50-70 məktəbi biz yenidən tikirik, digərlərini təmir edirik. Nəzərə almaq lazımdır ki, illər keçdikcə əvvəl tikilən məktəblər köhnəlir. Biz təxminən 6500 binadan - 4 400 məktəb, 1 600 bağça və digər təhsil müəssisələrindən danışırıq. Hansısa təbii hadisələr, torpaq sürüşmələri, zəlzələlər və s. də məktəblərin köhnəlməsinə təsir edir. Bu, daimi prosesidir.
Bizim gəldiyimiz yola baxsaq, bu gün 10 məktəbdən doqquzu yararlıdır. Cəmiyyətdə təəssürat formalaşmamalıdır ki, biz məktəblər barəsində xəbərsizik. Sadəcə, təmir və tikintinin icrasının mümkünlük ardıcıllığı var və bu işlər sürətlə görülür".
Aygün Mirakif
"Orta məktəb" teqi üzrə xəbərlər
- Bakıda məktəbin uçan hasarının inşası tarixi açıqlandı
- Təhsil müəssisələrinin zəruri odun və istiliklə təchiz olunacağı vaxt AÇIQLANDI
- Valideynlərin dərsdə iştirakına İCAZƏ VERİLMƏLİDİR?
- Mərdəkanda orta məktəbin hasarı uçdu: Avtomobillərə ziyan dəydi
- Abituriyentlər niyə məktəb dərslikləri ilə KİFAYƏTLƏNƏ BİLMİRLƏR?