Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Nazir BDU-da SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının ləğv olunmasına münasibət bildirib
"SABAH qrupları ənənəvi olaraq bir ali təhsil müəssisəsində tədris olunub. Bir ixtisas heç vaxt iki universitetdə olmayıb".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetində SABAH qrupları üzrə hüquqşünas ixtisasının ləğv olunması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
O bildirib ki, SABAH qrupunun əsas fəlsəfəsi ondan ibarətdir ki, tələbələri bir ali təhsil müəssisəsində toplasın:
"Hesab edirəm ki, bu xəbər dünən lazım olduğundan artıq ajiotaj yaratdı. SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının BDU-da (Bakı Dövlət Universiteti) bağlanması həmin ali təhsil müəssisəsində eyniadlı ixtisasın bağlanması demək deyil. Təbii ki, orada hüquqşünaslıq ixtisasına qəbul davam edəcək. Qarabağ Universitetində SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının tədris olunmasına gəlincə, burada tələbələrə daha çox sosial güzəştlər verə bilirik. Bu səbəbdən SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının Qarabağ Universitetində olması vasitəsilə əlçatanlığı təmin edə biləcəyik".
Könül Cəfərli
"Sabah Qrupları" teqi üzrə xəbərlər
- SABAH qruplarına imtahan verəcək tələbələrin sayı AÇIQLANDI
- Nazir: "Əvvəllər bilik daha önəmli sayılırdı, indi fərqli bacarıqlara daha çox üstünlük verilir"
- Rektor: "Pulsuz təhsil veririk, pulsuz yaşayışla təmin edirik, təqaüd veririk, amma…"
- BDU-da hüquqşünaslıq fakültəsi üzrə SABAH qrupları ləğv olunur