Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Natiq Aqil: “Meyxananı məsxərəyə çeviriblər” - VİDEO
“Meyxananı məsxərəyə çeviriblər. Bir-birlərinə lağ edirlər”.
Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində “Qəmxanələr olmuş” meyxanasının ifaçısı Natiq Aqil deyib.
“Meyxana ciddi sənət olub” söyləyən meyxanaçı sənətdən uzaqlaşmasından danışıb:
“Meyxanadan 10 il küsdüm. Meyxananı ancaq xarici ölkələrdə təbliğ etməklə məşğul oldum. Azərbaycanda bir neçə il görünmədim”.
N.Aqil “Qəmxanələr olmuş” meyxanasının Nizami Rəmzinin adına çıxılmasının onu uzun müddət narahat etdiyini vurğulayıb:
“Rəşad Dağlının oğlunun toyu oldu. “Qəmxanələr olmuş” onun ən sevdiyi meyxanalardan biridir. Hərdən deyirdi ki, bu meyxananın himnidir. Orada bu meyxananı canlı dedim və hirsim soyudu. Çünki çıxıb efirlərdə demək istəyirdim ki, bu meyxana mənimdir”, - meyxanaçı deyib.
Ətraflı Baku TV-nin süjetində:
"Meyxana" teqi üzrə xəbərlər
- Ələkbər Yasamallı meyxanadan getdi
- Gənc yaşda vəfat edən meyxanaçılar: Onlar niyə uzun yaşamırlar?
- Meyxanaçı Kərimin oğlu: “Qapımızın yerini tanımayan meyxanaçılar yalan danışırlar”
- Namiq Qaraçuxurlu arxiv görüntülərini paylaşdı: “Ağılları bunu həzm edə bilmir” - VİDEO
- Meyxanaçı Ağamirzə: “Necə deyim ki, sən meyxanaçı deyilsən?”
Rəylər