Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Murad Dadaşov Ruhəngiz Qasımova haqqında: “Onun adı gələndə üzümdə gülüş yaranır” - YENİLƏNİB + FOTO
“Ruhəngiz Qasımova üçün çox darıxacağam”.
Bu sözləri Oxu.Az-a açıqlamasında şoumen, tanınmış aparıcı Murad Dadaşov deyib.
Onun sözlərinə görə, Ruhəngiz xanım çox maraqlı və məzəli insan idi:
“Ruhəngiz xanımla son vaxtlar gec-gec görüşürdük. Telefonla tez-tez danışırdıq. Onun adı gələndə üzümdə gülüş yaranır. Hesab edirəm ki, o, həmişə yaşayacaq. Onun yoxluğu bizi çox təəssüfləndirir. O, hər zaman qəlbimizdə yaşayacaq”.
14:22
“Ruhəngiz Qasımovanın vəfatı mənim üçün ağır itkidir”.
Bunu Oxu.Az-a açıqlamasında müğənni Xəyyam Nisanov deyib.
Onun sözlərinə görə, ən son 1 ay əvvəl telefonla danışıblar.
“O, bizim böyük sənətkarımız idi. Dahi sənətkar idi. Mənim üçün ağır itkidir. Ən son məclisdə görmüşdüm. Sonuncu dəfə 1 ay öncə telefonla danışdıq. Çox təəssüf edirəm”.
Nəzrin Vahid
Rəylər