Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
Oktyabrın 8-9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.
Sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Culfa, Mingəçevir, Bərdə, Yevlax, Tərtər, Ağstafa, Goranboy, Samux, Gəncə, Qazax, Tovuz, Şəmkir, Qobustan, Naftalan, Şirvan, Salyan, Hacıqabul, Xızı, Siyəzən, Xaçmaz, Şabranda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
"Güclü külək" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 05.11.2024-ün ən mühüm hadisələri
- "Çəkilən foto ictimaiyyətə yanlış izahla təqdim edilib" - "Yelo Bank" məsələyə aydınlıq GƏTİRDİ
- Bakıda güclü küləyin aşırdığı ağac ərazidən GÖTÜRÜLDÜ
- Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
- İsmayıllıda güclü külək fəsadlar törədib - Onlarla ailə işıqsız qalıb
Rəylər