Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Komitə sədri bəzi kateqoriyadan olan vətəndaşlara dəfn müavinətlərinin verilməsini təklif edib
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bəzi kateqoriyadan olan vətəndaşlara dəfn müavinətlərinin verilməsini təklif edib.
"Report"un məlumatına görə, M.Quliyev komitənin bugünkü iclasında bildirib ki, bunun üçün təxminən 10-12 milyon manat vəsait lazımdır.
Onun sözlərinə görə, Azərbaycan dövləti vətəndaş doğulandan ölənə qədər onu himayə edir, qayğı göstərir:
"Pensiya, sosial müavinət alanlar, işləyənlər, işsizlikdən sığorta alanlar dəfn müavinəti ilə təmin olunurlar. Hörmətli Sahil müəllim (Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev - red.), kiçik bir kateqoriya da var, təxminən 10-12 milyon vəsait lazımdır ki, işləməyən və ya sığorta məbləği az olan vətəndaşlarımızın dəfn müavinəti məsələsini gündəmdə saxlayasınız. Bununla bağlı komitə adından aidiyyəti üzrə məktublar göndəriləcək".
"Milli Məclis" teqi üzrə xəbərlər
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ
- COP29-la bağlı təxribat planları: Fransa Bakıdakı tədbirə niyə qarşı çıxır?
- Azərbaycanda boşananlara BƏD XƏBƏR: Aliment ARTIRILIR
- Nazir: "Məşğulluq məsələsi heç vaxt bitməyəcək"
Rəylər