Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Güclü yanğınlar zamanı qatı tüstüdən zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün Suraxanı rayonunda güclü yanğın hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə nəticəsində ərazidə olan bütün yaşayış evlərini qatı qara tüstü bürüyüb.
Bu cür fors-major hallarda tüstüdən zəhərlənməmək üçün ilkin olaraq nə etmək lazımdır?
Toksikoloq həkim Aynur Məmmədova Oxu.Az-a açıqlamasında bildirdi ki, belə hallarda ilk növbədə təlaşlanmamaq lazımdır.
"Əgər yanğın hadisəsi zamanı ətrafı qatı tüstü bürüyübsə, ilk növbədə ərazidən uzaqlaşmağa çalışmaq, bu heç cürə mümkün deyilsə, o zaman təlaşlanmamaq, panikaya düşməmək lazımdır. Çünki insan çox həyəcanlananda tez-tez nəfəs almağa başlayır və bu zaman qabırğaarası əzələlərin, döş qəfəsimizin yorulması baş verir.
Əgər açıq hava şəraitində tüstü olan ərazidən uzaqlaşmaq imkanı yoxdursa, bu zaman hər hansı bir əskini isladıb, yaş şəkildə, ağıza yaxınlaşdırmaq və onunla nəfəs almağa çalışmaq məsləhətdir.
Əgər qatı tüstü vaxtı insan qapalı məkandadırsa, o zaman mümkün qədər hər kəsi bir otağa toplayıb, otağa çöldən gələn hava axının qarşısını maksimum almağa çalışmalıdır. Bunun üçün də ən sadə üsul yenə də yaş əsgidir. Tüstünün içəri girə biləcəyi yer varsa və onu tam qapatmaq mümkün deyilsə, yenə də yaş əsgini hava gələn həmin boşluqlara yerləşdirmək lazımdır", - deyə həkim bildirib.
Əzizə İsmayılova
"Suraxanıda yanğın" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 30.08.2024-ün ən mühüm hadisələri
- Suraxanıdakı yanğınla bağlı Zığ şosesi-Hava limanı yoluna qoyulan məhdudiyyət aradan qaldırıldı
- Bakıda güclü yanğın söndürüldü
- Bakıda baş verən güclü yanğın uçuşlara necə təsir edib?
- Bakıdakı güclü yanğınla bağlı nazirlik mütəxəssisləri monitorinq aparırlar
Rəylər