Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Suraxanıdakı yanğınla bağlı Zığ şosesi-Hava limanı yoluna qoyulan məhdudiyyət aradan qaldırıldı
Suraxanı rayonu ərazisində baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi-Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Oxu.Az xəbər verir ki, bu məlumatı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yayıb.
Bakıda Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yaxınlığında baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi-Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.
Oxu.Az həmin istiqamətdə alternativ yolu təqdim edir:
Bunun üçün 8 Noyabr prospektindən Gəncə prospektinə çıxmaq, oradan Əmircan kəndinin içi ilə Suraxanı istiqamətinə getmək olar.
Əzizə İsmayılova
Rəylər